Bakı – Sumqayıt yolunda dəhşətli tıxac: Tbilisi prospektindən Xırdalana qədər - FOTO/VİDEO

20:40 14-01-2020 449

Bu gün saat 17:00 radələrindən başlayaraq Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb.  

HerGun.Az xəbər verir ki, tıxac öncə sadəcə Xırdalan dairəsi ətrafında müşahidə olunsa da, sonradan sıxlaşaraq Tbilisi prospektinə qədər uzanıb.  

Ərazidə olan əməkdaşımız bildirir ki, “20 Yanvar” dairəsindən “Ekologiya postu”na qədər olan məsafəni 1 saat 40 dəqiqəyə qət edib.  

Bundan başqa Sulutəpə dairəsindən Xocahəsən dairəsinə gedən yolda da böyük tıxac yaranıb. 

Xocahəsən dairəsində vəziyyət daha acınacaqlı olduğu üçün Sumqayıt yolundan həmin istiqamətə dönən avtomobillər də çətinliklə üzləşiblər. Bu yola dönməkdə çətinlik çəkən bəzi sürücülər ərazidən çıxmaq üçün avtomobillərini arxaya sürərək “Ekologiya postuna” doğru irəliləyiblər.  

Tağıyeva Emilya