Aynişan nişanlısı ilə Şahdağda “love story” çəkdirir - VİDEO

00:40 16-01-2020 723

Əməkdar artist Aybəniz Haşımovanın müğənni qızı Aynişan nişanlısı, fitnes məşqçi Kənan Əliyevlə birgə Şahdağa yollanıb.

HerGun.Az xəbər verir ki, Aynişan şəxsi “Instagram” hesabının “hekayə” bölməsində nişanlısının yeni görüntülərini paylaşıb.

O, “Hamını Şahdağdan salamlayıram. Buraya gəlməyimizin məqsədi fotoqrafların köməyi ilə bizim möhtəşəm “love story”imizi çəkməkdir. Bura çox gözəldir” deyərək, nişanlısını və onlarla birlikdə fotoqrafların görüntüsünü telefonunun kamerasına həkk edib.

Paylaşdığı videogörüntülərdə nişanlısına səslənən Aynişan “Kənan profil bax, çox qəşəngsiz” deyərək Kənanı təriflərə qərq edib. Qeyd edək ki, cütlüyün toy mərasimi fevral ayında baş tutacaq.

Rəşad Əliyev