Yasamalda 30 yaşlı gənc bıçaqlanıb

22:40 16-01-2020 626

Yasamal rayonunda mübahisə zəmnində bıçaqlanma hadisəsi baş verib.  

HerGun.Az xəbər verir ki, hadisə “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında qeydə alınıb.  

1990-cı il təvəllüdlü Atayev Nurlan Vəlafət oğlu naməlum şəxslə mübahisə edib.  

Bu zaman o, ağır bıçaq xəsarətləri alıb.  

Yaralı 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.  

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.  

Kamil Əmirli