Türkiyə ABŞ gəmilərinin Bosfordan keçidinə icazə vermir

23:20 18-01-2020 364

Türkiyə NATO gəmilərinin Aralıq dənizindən Qara dənizə keçməsinə mane olmağa başladı və bununla da Şimali Atlantika Alyansına qarşı mövqeyini göstərdi.

“Ruexpert”in məlumatına görə bu barədə “Nordic Monitor” xəbər yayıb.

Bildirilir ki, NATO hərbi gəmilərinin Aralıq dənizindən Qara dənizə keçməsinə qoyulan məhdudiyyətlər artıq qüvvədədir və buna görə ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri də Qara dəniz bölgəsinə sərbəst girə bilmir.

“Görüşdə Türkiyə rəsmiləri vurğuladı ki, Qara dənizdə sabitlik qorunmalıdır (maddə 2.a); NATO-nun fəaliyyəti Montrö Konvensiyasının tətbiq etdiyi məhdudiyyətlərə uyğun olaraq dəstəklənməlidir (maddə 2.b); və Rusiya yersiz şəkildə təxribata məruz qalmamalıdır (bənd 2.b).

Türkiyə Qara və Aralıq dənizlərini birləşdirən İstanbul (Bosfor) boğazı, Çanaqqala (Dardanel) boğazı və Mərmərə dənizini əhatə edən boğazlar sistemi ilə dənizə girişi və çıxışı nəzarətdə saxladığına görə, Qara dənizdə əsas ölkədir”, - deyə  "Nordic Monitor" müvafiq sənədləri təqdim etməklə xəbər verir.

Mövcud məlumatlara görə, artıq bir neçə NATO hərbi gəmisinin Bosforla keçidinə imkan verilməyib. Ankara bunu mövcud konvensiya və razılaşmalarla əsaslandırıb.