Qəzada sürücü və qadın sərnişin diri-diri yandı - VİDEO

02:00 19-01-2020 462

Yolda iki maşının toqquşması nəticəsində onlardan biri alışıb. İçəridə olan sürücü və qadın sərnişin diri diri yanıb.

Bu barədə “Life.ru” xəbər yayıb.

Bildirlir ki, hadisə Rusiyanın paytaxtında baş verib.

Qəza şahidlərinin sözlərinə görə, yüksək sürətlə hərəkət edən “Toyota” markalı yolsuzluq maşını işıqforda dayanan, içərisində bir qadın və bir kişi olan “Mitsubishi” markalı maşına çırpılıb.

Zərbədən dərhal sonra avtomobil  alışıb. Şahidlər insanları maşından çıxara bilməyib.

Kadrlarda görünür ki, yanğınsöndürən gələnə qədər maşın tamamilə yanır.  Qəzanın səbəbləri araşdırılır.