“Amazon” yeni terminallar hazırlayır: Ödənişlər “əlin içi ilə ediləcək”

02:40 19-01-2020 482

“Amazon” əlin içinin  skan edilməsi vasitəsilə bank kartının sahibi haqqında məlumat alacaq ödəniş terminalları yaradır.

Bu barədə “Wall Street Journal” məlumat verir.

Bildirilir ki, şirkət bu yolla təmassız ödəniş üsullarını tətbiq edən rəqiblərini üstələməyi planlaşdırır.

Tərtibatçıların fikrinə görə, yenilik ödəniş prosesini sürətləndirəcək, belə ki, pul kisəsi və ya telefonu çıxartmağa ehtiyac qalmayacaq.

Həmçinin vurğulanır ki, bir neçə açıq kartı olan insanların bu cür terminallar vasitəsilə ödənişi necə edəcəkləri məsələsi hələ həll edilməyib.