Şamaxıda avtomobil 48 yaşlı kişini vuraraq öldürüb - FOTO/VİDEO

04:40 19-01-2020 394

Şamaxıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza şəhərin Şəhriyar qəsəbəsinə gedən yolda qeydə alınıb.

Kamran Rəhimov idarə etdiyi “90-SR-206” dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yolu keçmək istəyən rayon sakini, 48 yaşlı Mənsimov Nazim Əjdər oğlunu vurub.

Ağır xəsarət alan yaralı hadisə yerində dünyasını dəyişib.

Əraziyə Şamaxı Rayon DYP əməkdaşları cəlb olunub.

Polis əməkdaşları hadisəni törədən Kamran Rəhimovu saxlayıb.

Faktla bağlı araşdırma aparılır.

Rəşad Aydın