“Binə” ticarət mərkəzinin qarşısında yaşlı kişini maşın vurdu

07:00 19-01-2020 492

Paytaxtın Qaradağ rayonunda bir nəfərin xəsarət almasına səbəb olan yol qəzası baş verib. 

Hadisə “Binə” ticarət mərkəzinin qarşısında qeydə alınıb. Minik avtomobili yolu keçən 1958-ci il təvəllüdlü Mahmudov Elbəy Səfər oğlunu vurub. 

Yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır. 

Kamil Əmirli