Masallıda və Yevlaxda yaşayış evlərində yanğın olub

10:00 19-01-2020 329

Bu gecə Masallıda və Yevlaxda yanğın olub. 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumatda belə deyilir. 

Masallı rayonunun Şıxlar kəndində ümumi sahəsi 192 m² olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. 

Yevlax şəhərində ümumi sahəsi 108 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin dam örtüyü 40 m² sahədə yanıb. Yüksək temperaturdan taxtadan ibarət tavan 2 m² sahədə qarsalanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.