Bordindən sonra “Neftçi”dən o da getdi

15:00 19-01-2020 120

Baş məşqçi Roberto Bordindən sonra “Neftçi” klubunda daha bir ayrılıq baş tutub.

Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssisin köməkçilərindən biri də Bakı təmsilçisi ilə vidalaşıb.

Rəhbərlik fiziki hazırlıq üzrə məşqçi Andrea Vezzu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam vermək qərarına gəlib. Həmyerlisi ilə birlikdə klubla əlaqələri kəsilən italiyalı mütəxəssisə rəhbərlik xidmətlərinə görə təşəkkür edib.