Tarixi görüş: “Liverpul” “Qırmızı şeytanlar”a qarşı

18:00 19-01-2020 487

“Liverpul” - “Mançester Yunayted” görüşü bu gün Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

HerGun.Az xəbər verir ki, ötən ilin mart ayından İngiltərə çempionatında “Liverpul”dan xal almağı bacaran yeganə komanda “Mançester Yunayted” olub.

Bu mövsum “Liverpul” 21 oyunda 20 dəfə qələbə qazanıb. Cəmi 1 oyunda xal itkisi olub. O da əzəli rəqibi “Mançester Yunayted”lə qarşılaşmaya təsadüf edib.  

“Qırmızı şeytanlar” “Liverpul”un öz meydanında sonuncu dəfə 2016-cı ildə qələbə qazanıb. O zaman yeganə qolu Ueyn Runi vurub. 

Bu gün ev sahiblərinə Deyan Lovren, Ceyms Milner və Nabi Keyta kömək edə bilməyəcəklər. Qonaqların itkisi isə çox ciddi sayılır. Belə ki, komandanın vuran ayağı Markus Raşford zədə səbəbindən oyuna çıxmayacaq.