Həftər atəşkəs barədə razılığı pozdu

02:20 20-01-2020 341

Liviyalı üsyankar general Xəlifə Həftər əldə edilən atəşkəs barədə razılığı pozub.

“Anadolu Ajansı” xəbər verir ki, ona bağlı qruplaşmalar Tripolinin cənbunda yerləşən Səlahəddin bölgəsini qumbaratanlardan atəşə tutublar.

Qeyd edək ki, yanvarın 19-u dünya liderləri Liviya ilə bağlı vəziyyəti müzakirə etmək üçün Berlində keçirilən konfransı ziyarət etmişdilər.

Konfrans bitdikdən bir neçə saat sonra Liviyada tərəflər arasında atəşkəs razılığı pozulub.