Ronaldo “Yuventusun” oyunçusunun rekordunu təkrarladı

05:40 20-01-2020 413

Portuqaliyalı pleymeyker İtaliyanın A seriyasının dalbadal 7 oyununda qol vurmağa nail olub.

“rbc” xəbər verir ki, bununla Kriştianu Ronaldu 2005-ci ildə “qoca sinyoranın” hücumçusu David Trezeqenin rekordunu təkrarlayıb.

K.Ronaldu çempionatın 20-ci turunda “Parma” ilə görüşdə dubla imza atıb.

Oyun 2:1 hesabı ilə “blankonerinin” xeyrinə bitib.