Kanadada 20 Yanvar qurbanlarının xatirəsi yad edilib - FOTO

20:40 20-01-2020 347

Kanadanın Toronto şəhərində 20 Yanvar faciəsinin 30-cu il dönümü ilə bağlı tədbir keçirilib.

HerGun.Az xəbər verir ki, “Azerbaijan Alliance of Canada və South Azerbaijani Human Rights Centre” təşkilalatçılığı ilə keçirilən tədbirdə 20 Yanvar faciəsində şəhid olan insanlar barədə danışılıb. 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açılıb. 20 Yanvar şəhidlərinin ruhu 1 dəqiqəlik sukutla yad edilib. 

Tədbirdə Kanadada yaşayan və tədbirdə iştirak edən azərbaycanlılar Esmira Əsədova, Yeganə Cəfərova, Oğuz Reza, Hakan Turan 20 Yanvar hadisələri barədə məlumat verib, müzakirələr aparıblar.

Toronto şəhərində modelyer kimi fəaliyyət göstərən Naznaz Sadıqova 20 Yanvar faciəsinin tariximizin qara səhifəsi olduğunu qeyd edərək, o gün canlarından keçən insanların heç zaman yaddaşlardan silinməyəcəyini diqqət çatdırıb. O, bu qanlı yanvar gününün tariximiz üçün yalnız faciə deyil, həm də şərəf, zəfər səhifəsi olduğunu vurğulayıb. 

Tədbirin sonunda 20 Yanvar şəhidlərinin ruhuna ehsan verilib.

Könül Cəfərli