Meyxanaçının bacısı oğlunun intiharı ilə bağlı cinayət işi başlanıb

23:00 20-01-2020 539

Bakıda meyxanaçı Ələkbər Yasamallının bacısı oğlunun intiharı ilə bağlı cinayət işi başlanıb. 

APA-nın məlumatına görə, faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri həyata keçirilir. 

Qeyd edək ki, ötən gün paytaxt sakini 1999-cu il təvəllüdlü Niftəliyev Şamxal Təbriz oğlu yaşadığı evdə özünü asıb. 

Onu da qeyd edək ki, özünü asan Şamxal məşhur meyxanaçı Ələkbər Yasamallının bacısı oğludur və hərbi xidmətdən yeni qayıdıb.