İflic vəziyyətə düşən Sumqayıt sakini günahı onu əməliyyat edən həkimdə görür - VİDEO

20:20 21-01-2020 469

Sumqayıt sakini Bəxtiyar Hüseynov həkim səhlənkarlığından şikayət edir.

Baku TV-nin məlumatına görə, şikayətçi 2018-ci ildə qol sümüyündə ağrılar olduğu üçün Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasında çalışan travmotoloq-cərrah Fuad Ağayevə müraciət edib. Xəstəni müayinə edən həkim əməliyyat olunmalı olduğunu deyib. Əsas problem də bundan sonra yaranıb.

Bəxtiyar Hüseynov iddia edir ki, həkimin dediyi kimi sağalmayıb, əksinə iflic olub. Bundan sonra əməliyyatdan 26 ay keçməyinə baxmayaraq, xəstə iflic vəziyyətdə qalıb. O, dəfələrlə şikayət etsə də, həkim xəstənin şikayətlərinə cavab verməyərək bildirib ki, get şikayət elə...

Məsələ ilə bağlı xəstəni əməliyyat edən Bəxtiyar Hüseynovla danışdıq. Travmotoloq cərrah Fuad Ağayev isə ittihamları əsassız hesab edərək bildirdi ki, əməliyyat necə lazımdırsa, elə də olub. Sadəcə, xəstə səhlənkarlıq edərək sümüyün bitişməsini gözləməyib

Həkim həmçinin bildirdi ki, məsələ ilə bağlı artıq məhkəmə işi başlayıb.

Sail Ağasəlim

Elşad Mətləboğlu