Evlilik verilişinə qatılan məşhur blogeri dodaqlarına görə təhqir etdilər - VİDEO

01:00 24-01-2020 570

Məşhur rus bloger Aleksa Devil Birinci kanalda yayımlanan “Gəlin, evlənək” verilişində çıxış etdikdən sonra sosial şəbəkə qalmaqalının mərkəzinə düşüb.

Birinci kanalın yaydığı videodan da görünür ki, 52 yaşlı maşın kolleksiyaçısı olan evlilik namizədi Lyudviq blogeri görən kimi dəhşətə gəlir. O, hislərini belə ifadə edir:

“Aleksa, mən birinci dəfədir belə şey görürəm. Sözün düzü, sizdən qorxuram. Hətta yaxınlaşmaq istəmirəm... Dostlarım məni ələ salar. Deyərlər ki, Lyudviq kimin yanında dayanıb”.

Verilişdən sonra bloger “İnstagram” səhifəsində verilişin videosunu paylaşıb və qeyd edib:

“Bu məşhur verilişin çəkilişlərində iştirak etmək və aparıcılarla tanışlıq çox maraqlı oldu. Ən unudulmaz təəssüratları isə əlbəttə ki, Rusiya Federasiyasının Əməkdar artisti və sadəcə möhtəşəm qadın Larisa Quzeyeva bəxş etdi”.

Bundan sonra bloger rus kişiləri haqqında şikayətlənib. O deyib ki, rus kişilər qadının əxlaqsız hərəkətlərini 4 uşağı ayrı-ayrı kişilərdən dünyaya gətirməyi, internet vasitəsilə bədənini satışa çıxarmağı bağışlayırlar, amma böyük dodaqları bağışlaya bilmirlər.

Verilişin aparıcısı Larisa Quzeyeva da gedişatda qeyd edib ki, Lyudviq sadəcə Aleksadan qorxur, çünki balaca ağzı ilə onu öpə bilməyəcək.