Maştağada Lerik sakinini bıçaqladılar

02:00 25-01-2020 532

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.  

HerGun.Az xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.  

“Gülçülük sovxozu” yaşayış massivində Lerik rayon sakini, 2000-ci il təvəllüdlü Cəfərov Rüfət Araz oğlu naməlum şəraitdə bıçaqlanaraq ağır xəsarət alıb.  

Yaralı xəstəxanaya yerləşdirilib.  

Faktla bağlı araşdırma aparılır.  

Kamil Əmirli