“Yuventus” və “Pari Sen-Jermen danışıqlar aparır – Oyunçu mübadiləsi gözlənilir

04:40 25-01-2020 486

“Yuventus” və “Pari Sen-Jermen” bir-biri ilə oyunçularını dəyişdirə bilərlər. 

Bu barədə “L’Equipe” özünün mənbəyinə istinadən xəbər verir.

Məlumata əsasən, “qoca sinyora”ya parislilərin müdafiəçisi Leyvin Kurzava keçə bilər. Qarşı tərəf isə Turin komandasının oyunçusu Mattia de Şilyonu əldə edə bilər.

Bildirilir ki, klublar artıq mübadilə haqqında danışıqlar aparırlar. Kurzavanın İtaliyaya bir neçə gündən sonra yollanacağı gözlənilir.

Kurzavanın “Yuventus”la müqaviləsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub. Onun bazar transferinin dəyəri 12 mln avrodur.

Müdafiəçinin parislilərlə müqaviləsi isə cari ilin yayına kimidir. Oyunçunun bazar transferinin dəyəri 15 mln avrodur.