Azərbaycan karateçiləri Fransada ilin ən yaxşısı seçiliblər - FOTO

00:40 26-01-2020 506

Fransanın paytaxtı Parisdə keçirilən Karate1 Premyer Liqa yarışında Azərbaycanın iki karateçisinə “Grand Winners” kimi “Best of the Best” mükafatı verilib.

HerGun.Az xəbər verir ki, hər çəki üzrə 10 kumite karateçisi, eləcə də iki kata idmançısı ötən il göstərdikləri nəticələrə görə təltif olunublar. Azərbaycandan dünya çempionlarımız - 75 kq-da Rafael Ağayev və 68 kq-da İrina Zaretskaya bu mükafata sahib çıxıb.

Həmçinin İran azərbaycanlısı, +84 kq-da dünya çempionu Səccad Gənczadə də mükafat alanlar arasında olub. Xatırladaq ki, Rafael Ağayev və İrina Zaretskaya ikinci dəfə bu mükafata sahib çıxır.

Qeyd edək ki, sabah karateçilərimizdən Rafiz Həsənov bürünc, İrina Zaretskaya qızıl medal yarışına çıxacaq.

Səbuhi Musayev