Aynişan “hə” dedi – VİDEO

16:40 26-01-2020 708

Əməkdar artist Aybəniz Haşımovanın müğənni qızı Aynişan Quliyevanın nikahı olub.  

HerGun.Az xəbər verir ki, bu haqda Aynişan və onun yaxın dostları sosial media hesablarında görüntülər paylaşıblar.  

Aynişan “soyadımı dəyişməyə hazıram” yazaraq xoşbəxt olduğunu bildirib.  

Nikah mərasimində cütlüyün yaxın dostları iştirak ediblər. Cütlük nikah bağladıqdan sonra birgə rəqs ediblər.  

Qeyd edək ki, dekabr ayında fitness müəllimi Kənan Əliyevlə nişanlanan Aynişanın qız toyu fevralın biri, oğlan toyu isə fevralın səkkizi olacaq.  

Hər iki məclis mediaya qapalı baş tutacaq.  

Rəşad Əliyev