Rusiyada qadın hündür mərtəbədən düşdükdən sonra qalxıb yeridi – VİDEO

03:00 27-01-2020 80

Rusiyanın Hantı-Mansiysk vilayətində qeyri-adi hadisə baş verib.

“Daily Mail” xəbər verir ki, yerli sakinlərdən biri qadının hündür mərtəbədən düşmə anını videoya çəkməyə nail olub.

Lakin bu hadisədə diqqəti cəlb edən məqam, yüksəklikdən düşən qadının, heç nə olmamış kimi, ayağa qalxıb yeriməsi olub.

Məlum olub ki, qadın qar komasının üstünə düşüb və nəticədə ciddi xəsarət almayıb.