Tramp Brayantın ölümü ilə bağlı: “Dəhşətli xəbərdir”

03:40 27-01-2020 494

ABŞ prezidenti Donald Tramp məşhur basketbolçu Kobi Brayantın ölümü ilə bağlı münasibət bildirib.

“Lenta.ru” xəbər verir ki, D.Tramp bunun dəhşətli xəbər olduğunu deyib.

Qeyd edək ki, K.Brayant yanvarın 26-ı helikopter qəzasında həlak olub. Helikopterdə olan daha dörd nəfərin də cəsədi tapılıb.

Kobi Brayantla birgə 13 yaşlı qızı Cinna-Mariya da həlak olub.

Hal-hazırda qəzanın təfərrüatları dəqiqləşdirilir.