Neymar qol vurub, əfsanəvi basketbolçunun ruhuna dua etdi - VİDEO

12:40 27-01-2020 422

Fransanın PSJ futbol klubunun hücumçusu Neymar vurduğu qolu ötən gün faciəvi şəkildə həlak olan tanınmış basketbolçu Kobe Brayanta həsr edib.

Sportbox.ru xəbər verir ki, Lill-PSJ oyununda 11 metrlik cərimə zərbəsindən fərqlənən futbolçu kamera önünə yaxınlaşaraq, NBA (Amerika Milli Basketbol Assosiasiyası) ulduzunun ruhuna dua edib. 

Qeyd edək ki, ötən gün məşhur basketbolçu Kobe Brayant və qızı Gianna helikopter qəzası nəticəsində həlak olublar.