Şəki sakininin evindən külli miqdarda müxtəlif növ narkotik vasitələr aşkarlanıb - VİDEO

08:00 28-01-2020 563

Şəki Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs aşkar edilərək məsuliyyətə cəlb edilib.

HerGun.Az xəbər verir ki, daxil olmuş məlumat əsasında şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Şəki şəhər sakini 53 yaşlı Tərlan Vahabov şübhəli şəxs qismində saxlanılıb.

Onun şəhər ərazisində yerləşən yaşadığı evə baxış keçirilən zaman oradan külli miqdarda, yəni 164 qramdan artıq kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək, 28 qrama yaxın heroin, psixotrop dərman olan 110 ədəd “Tramadol” və 1 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Şəki ŞRPŞ-nin İstintaq bölməsində T.Vahabov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.