Yığmamız Rusiyaya qalib gəldi - FOTO

23:40 30-01-2020 437

Bu gün futzal üzrə Azərbaycan milli komandası DÇ-2020-nin elit-raund mərhələsi çərçivəsində növbəti oyununu keçirib. 

AFFA-nın rəsmi saytı xəbər verir ki, Rusiya yığması ilə qarşılşan komandamız qələbə qazanıb – 4:3. 

Millimizin heyətində Everton Kardosonun dubl etdiyi görüşdə digər qolları Rafael Vilela və İsa Atayev vurub. 

Millimiz qrupda son oyununu fevralın 1-də, saat 20:00-da Slovakiya yığmasına qarşı keçirəcək.