Mühəndislər “Voyacer-2”ni 18 milyard kilometr məsafədən düzəltdilər

05:00 31-01-2020 86

Müdafiə sistemi sönən “Voyacer-2” kosmik aparatını mühəndislər yenidən işlək vəziyyətə gətiriblər.

“NASA” xəbər verir ki, 2020-ci ilin əvvəlinə Yer kürəsindən 18 milyard kilometr məsafəsinə uzaqlaşan və Günəş sistemindən çıxan aparatın yanvarın 25-i maqnit sahələrini ölçən qurğusu işə düşməyib.

Telemetriya göstəricilərinə əsasən, aparatda çoxlu enerji aparan iki sistem eyni anda işləyirmiş.

Buna görə də ağıllı aparat bütün elmi alətləri söndürməyə məcbur olmuşdu.