Yuxusu çin oldu: böyük məbləğ qazandı

08:00 31-01-2020 72

ABŞ-ın Pitersberq şəhərinin sakini Rouz Ceter yuxuda gördüyü rəqəmləri lotereya biletinə yazıb.

“UPI” xəbər verir ki, qadın yuxusunda 7,12,14,21,27 rəqəmlərini görüb.

Yuxuda gördüyü rəqəmləri yadda saxlayan Rouz lotereya bileti alaraq onları ora yazdırıb.

Nəticədə qadın 100 min dollarlıq uduşun sahibi olub.