İstanbul derbisinin vaxtı bəlli oldu

20:20 31-01-2020 445

Türkiyə Super Liqasında növbəti İstanbul derbisinin vaxtı bəlli olub.  

HerGun.Az xəbər verir ki, 23-cü tur çərçivəsində baş tutacaq “Fənərbaxça” - “Qalatasaray” vaxtının başlama vaxtı və saatı müəyyənləşib. 

İstanbul derbisi fevralın 23-də, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. 

Qeyd edək ki, Super Liqada geridə qalan 19 turdan sonra “Fənərbaxça” 37 xalla ikinci, “Qalatasaray” 33 xalla altıncıdır.