Qadını marketdə döyüb xəstəxanalıq etdilər

01:40 01-02-2020 536

Bakıda döyülmə hadisəsi baş verib. 

“Report” xəbər verir ki, hadisə Ayna Sultanova heykəlinin yaxınlığında yerləşən “Bizim market”də qeydə alınıb. 

Belə ki, 1982-ci il təvəllüdlü Leyla Həsənova tanıdığı şəxs tərəfindən döyülüb. 

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.  

Ona burun sümüyünün sınığı diaqnozu qoyulub.