Dünyanın ən mükəmməl bədən quruluşu ondadır - FOTO

12:40 01-02-2020 549

Onun adı Kelli Brukdur. Şübhəsiz, gözəl qadın, aktrisa və modeldir, lakin xarici görünüşü dəbli jurnalların üz qabığında görməyə alışdığımız sərt “gözəllik standartları”ndan kənardır. Bununla belə, o, dünyada ən mükəmməl bədəni olan qadın kimi qiymətləndirilir.

Bu barədə “Infobae” nəşri yazıb.

Bildirilir ki, qadınların əksəriyyətinin “bir az arıqlamaq lazımdır” kimi qəbul etdiyi bədən quruluşu, əslində, ideala ən yaxın olandır.

Araşdırma zamanı bütün mümkün meyarlar və ölçülər – ayaqların uzunluğundan tutmuş, burunun quruluşu, saçın vəziyyəti kimi parametrlər nəzərə alınıb. Beləliklə, elmi yolla sübut olunub ki, ideal qadın bədəni məhz belə görünməlidir.

Ən əsası Brukun gözəlliyi təbiidir, qaynaq saçı yoxdur, plastik cərrahiyyə əməliyyatı keçirməyib.

K.Bruk idman zalına nadir hallarda gedir.

“Ötən əsrin 50-ci illərinin qadınları bu gün məşhur modellərin əksəriyyətindən daha seksual görünürdü. Mən də onlara bənzəməyi arzulayıram”, - deyə o bildirib.