“Apple” Çindəki satış mərkəzlərini bağladı

13:00 01-02-2020 346

“Apple” şirkəti Çində yerləşən bütün mağazalarını koronavirusla əlaqədar bağlayıb.

REN TV xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.

Qeyd olunur ki, “Apple” Çin ərazisində olan satış mərkəzlərini fevral ayının 9-dək qapadacaq. 

Qeyd edək ki, son məlumatlara əsasən, Çində koronavirusdan 259 nəfər nəfər həyatını itirib, 11700-dən artıq insan bu virusa yoluxub.