“Minnie Mouse” mühafizəçini belə döydü – VİDEO

21:20 01-02-2020 426

ABŞ-da cizgi film obrazı “Minnie Mouse”un paltarını geyinən qadın mühafizəçini döyüb.

“Haber Global”ın xəbərinə görə, hadisə Las-Veqas şəhərində baş verib.

Xəbərdə bildirilir ki, cizgi filmi qəhrəmanının paltarını geyinən qadın turistlərin gözü önündə mühafizəçini döyüb.

Bu sırada qadının mühafizəçiyə “mən sənin tanıdığın qadınlardan deyiləm” deyərək qışqırmağı diqqətdən yayınmayıb.

Bununla bağlı açıqlama verən polis mühafizəçinin şikayətçi olmadığına görə, məsələ ilə bağlı tədbir görülmədiyini bildirib.