Məşhur “Ömercik” vəfat etdi - FOTO

01:20 02-02-2020 448

“Yeşilçam” filmlərinin məşhur uşaq qəhrəmanı Ömercik – Ömər Dönməz vəfat edib.

“Haber Global”ın məlumatına görə, acı xəbəri Ö.Dönməzin qohumu Tolqa Acar sosial mediada paylaşıb.

1959-cü il təvəllüdlü Ömər Dönməz dörd yaşından kamera qarşısına keçib. O, 40-a yaxın filmdə rol alıb. Aktyor 17 yaşında başına gələn bədbəxt hadisə nəticəsində bir gözünü itirib.

Ömər Dönməzin mədə xərçəngindən əziyyət çəkdiyi bildirilir. Qohumun sözlərinə görə, məşhurun dəfn mərasimi sabah keçiriləcək.