Çində koronavirusa yoluxmuş şəxslərə robotlar qulluq edir

02:00 02-02-2020 362

Çinin xəstəxanalarının birində süni intellektə malik robotlar koronavirusa yoluxmuş xəstələrə qulluq etməyə başlayıblar.

Bu barədə “Daily Mail” məlumat yayıb.

İki robot xəstələrə yemək və dərman çatdırmaqla məşğuldur. Bundan başqa, onlar xəstələrin yatağını və zibillərini yığışdırırlar. Bununla da, mütəxəssislər tibb mərkəzlərində işçi heyətə olan ehtiyacı azaltmaq və yoluxma riskini aşağı salmaq niyyətindədirlər.

Xəstələrə qulluq edən robotların adları Ping Ping və An Andır. Birlikdə onların adlarının mənası “sülh” anlamına gəlir.