Rusiyada kafenin damı çöküb – Ölən və yaralananlar var - VİDEO

03:40 02-02-2020 449

Rusiyanın Novosibirsk şəhərində kafenin soyunma otağının damı çöküb.

TASS bildirir ki, bu barədə xəbəri Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yayıb.

Qeyd edilir ki, xilasedicilər dağıntılar altından beş nəfəri çıxarıb, onlardan biri həlak olub. 

“Xilas edilənlərdən birinin vəziyyəti ağırdır. Dağıntılar altında 10 nəfərə yaxın insan ola bilər. Təxminən 200 nəfər isə təxliyyə edilib”, - deyə məlumatda vurğulanır.

Bildirilir ki, Gənclik Bulvarındakı kafenin damı qarın ağırlığı altında çöküb.