Aİ-dən çıxan Britaniya İttifaqa güzəştə getməyəcək

07:20 02-02-2020 439

Avropa ilə ticarət razılaşmasının müzakirəsi zamanı Böyük Britaniya güzəştə getməyəcək.

The Telegraph”ın məlumatına əsasən, belə bir bəyanatla ölkənin Baş naziri Boris Conson bisnesmen, xarici səfir və analitika mərkəzlərinin rəhbərləri qarşısında çıxış edib.

Conson çıxışı zamanı vurğulayıb  ki, ölkəsi “razılaşdırmaya (Aİ-nin ümumi qayda və normaları ilə), Avropa məhkəmələrinin yurisdiksiyalarına və güzəştlərə” yol verməyəcək.

O qeyd edib ki, bununla yanaşı, Britaniya Avropa İttifaqı ilə azad ticarət haqqında razılaşma əldə etməyi planlaşdırır. Beləliklə, Böyük Britaniya və Aİ arasında rüsumsuz ticari əlaqələr qurulacaq, lakin bir sıra gömrük yoxlamaları müəyyən ediləcək və ölkə üçün vacib olan xidmətlər bazarı izolə olunacaq.