Messinin həyat yoldaşından milyon “like”lıq paylaşım - FOTO

07:40 02-02-2020 340

“Barselona”nın argentinalı hücumçusu Lionel Messi İspaniyanın Premyerasında hünərini göstərməkdə davam edərkən, həyat yoldaşı da sosial şəbəkələri fəth edir.

Belə ki, Antonella Rokutso özünün “Instagram” səhifəsində milyondan artıq “like” toplayan paylaşım edib.

Sosial şəbəkədə yerləşdirilən şəklə əsasən, Messinin həyat yoldaşı boksla məşğul olmağa başlayıb və üç uşaq anası olan Rokutso özünü əla formada saxlamaqla ərindən geri qalmır. 

Xatırladaq ki,  yanvarın 31-də Messi İspan futbolunda bir klubda 500 oyunda qələbə qazanan ilk oyunçu oldu.