Piyi əridib əzələ yığmağa kömək edən məhsullar açıqlandı

08:40 02-02-2020 556

İspaniyalı həkim-dietoloqlar Gilmerro Qomes Vera və Nuriya Monfulyeda artıq piydən yaxa qurtarmağın və paralel olaraq əzələ kütləsini toplamağın sirrini açıblar.

Barselonanın “La Vanguardia” nəşrinə müsahibəsində Qomes Vera bildirib ki, məşq və qidalanma planını iki fazaya ayırmaq lazımdır. Yaxşı fiziki forma əldə etmək üçün dietoloq əvvəlcə bir neçə həftə ərzində əzələ kütləsi toplamağı və yalnız bundan sonra piyi əritməyə başlamağı məshəhət görüb.

Həkimin sözlərinə əsasən, bu planla məşq zamanı başlıca olaraq zülalla zəngin məhsullarla qidalanmaq lazımdır. İlk növbədə isə tərkibində əzələlərin inkişafına kömək edən leysin – aminturşusu olan yumurtaya üstünlük verilməlidir.

Mütəxəssis xatırladıb ki, əvvəllər yumurtanın istifadəsi ürək xəstəliklərinin inkişafının yüksək riski, məsələn, qan damarlarının və arteriyaların aterosklerozu, xolesterinin səviyyəsinin artması ilə əlaqələndirilir. Alimlər bu günə qədər də yumurtanın xüsusiyyətləri haqqında mübahisə edirlər. Belə ki, 2019-cu ildə Avropa nutrisiologiya jurnalında (European Journal of Nutrition) bu məhsulu “reabilitasiya” edən araşdırma dərc edilib. Məlum olub ki, gündə bir yumurtanın istifadəsi sağlamlığa zərər gətirmir.

Leysin ilə zəngin digər məhsul toyuqdur (hər 50 qram ətdə 2-3 qram amin turşusu varr). Dietoloqlar onu qırmızı ətə yaxşı alternativ hesab edirlər. Bu məqsədlər üçün mütəxəssislər vegetarianlara isə tofu pendiri yemək məsləhət görüblər.

İspaniyalı həkimlər məşqlərdən əvvəl banan, sonra isə şəkərsiz təbii qatıq yeməyi məsləhət görüblər.

Həmçinin özünü formaya gətirmək istəyənlərin rasionuna tunes balığı, paxlalılar və avokado daxil etməyi məsləhət görüblər.