Zöhrə Abdullayeva: “Qadın bir dəfə ailə qurar, ikincidə qəbir qucaqlayar” - VİDEO

01:00 03-02-2020 555

“Xəzər TV”də yayımlanan “Ay Zaur” axşam şousunda qonaq olan Əməkdar artist Zöhrə Abdullayeva səsləndirdiyi qalmaqallı fikirləri ilə gündəmə gəlib.  

HerGun.Az xəbər verir ki, sözügedən proqramın aparıcısı Zaur Kamalın “Həyat yoldaşınız rəhmətə gedəndən sonra niyə yenidən ailə həyatı qurmadınız?” sualına sənətçinin reaksiyası birmənalı olmayıb:  

“Yaxşı, sən Allah, nə ailə qurmaq?! Yekə övladı olan qadın yenidən ailə qurar?! Mənim ərim vəfat edəndə oğlumun 15 yaşı var idi. Mən 10 dəfə də ailə qursaydım, o tale mənimlə olacaqdı. Əlcəksən, corabsan, burun yaylığısan ki, ərləri tez-tez dəyişəsən?! Rəhmətlik atam mənə deyirdi ki, gəlinin əri rəhmətə gedirsə, ikinci dəfə gəlini qəbir qucaqlayar. Onun bu sözlərindən təəcüblənmişdim. Qadın bir dəfə ailə qurar, ikincidə qəbir qucaqlayar. Atam bu sözü doğru deyib”.  

Qeyd edək ki, 67 yaşlı Əməkdar artist Zöhrə Abdullayeva erkən yaşlarda, yəni 16 yaşında ailə həyatı qurub.  

Rəşad Əliyev