Pakistanda bir ailənin yeddi üzvü minadan həlak oldu

06:20 03-02-2020 490

Naməlum şəxslər Əfqanıstan ərazisindən Pakistana minaatanlardan atəş açıb.

“PTI” xəbər verir ki, nəticədə bir ailənin yeddi üzvü, o cümlədən bir qadın və dörd uşaq həlak olub.

Mərmi Hayber-Pahtunhva əyalətinin Baatvar Banqro kəndində yerləşən evlərdən birinə düşüb.

Əfqanıstanın Kunar bölgəsindən açılan atəş evi darmadağın edib.