Bu yolla da koronavirusa yoluxa bilərsiniz - DİQQƏT

00:20 04-02-2020 409

Çinin Şençjen şəhərinin Üçüncü Milli Xalq Xəstəxanasının əməkdaşları sətəlcəmli xəstələrin bəzilərinin nəcis analizində “2019-nCoV” tipli koronavirusunun izinə rast gəliblər.

Bu, virusun daha bir yolla yayılma ehtimalını gündəmə gətirib.

Bu barədə “AsiaOne” xəbər yayıb. 

Cənub Tibb Universitetinin Xalq Sağlamlıq Məktəbinin professoru Çjan Tsivey bəyan edib ki, bağırsaqdan ifraz olunduqdan sonra infeksiya əllərlə, sonra isə insanın üzü ilə təmasda ola bilər.

O, həmçinin ayaqyoluların da təhlükə mənbəyi olduğunu bildirərək, buraların ilk növbədə dezinfeksiya edilməli olduğunu bildirib.

Çinin Uxan şəhərindən və ABŞ-dan olan həkimlər də eyni qənaətə gəliblər. 

Daha əvvəl yeni infeksiyanın hava-damcı yolu ilə, yaxud da xəstələrlə fiziki təmas yolu ilə yayıldığı bildirilmişdi.

Bundan əlavə, koronavirusun insan orqanizminə gözün selikli qişasına ilə daxil ola biləcəyi istisna edilməyib.