Myanmada müsəlmanların yaşadığı kəndə hava zərbəsi: ölən və yaralananlar var

02:40 04-02-2020 384

Myanmada müsəlmanların yaşadığı kəndə qarşı həyata keçirilən hava zərbəsi nəticəsində iki qadın həyatını itirib, yeddi nəfər yaralanıb.

“Reuters” xəbər verir ki, ölən qadınlardan biri hamilə olub.

Myanma ordusu Kin Taunq kəndinə hava zərbəsi ilə bağlı bütün ittihamları rədd edir.

Qeyd edək ki, hava hücumu BMT-nin Myanmadan rohinja müsəlmanlarını qorumaq haqda tələbindən iki gün sonra həyata keçirirlib.

Məlumata əsasən, Kin Taunq kəndinə hava zərbəsini yaxınlıqda yerləşən hərbi batalyon həyata keçirib.