20 min avro yeyən keçini kabab etdilər

04:20 04-02-2020 469

Serbiyanın paytaxtı Belqraddan 80 kilometr cənubda yerləşən Raniloviç kəndində qəribə hadisə baş verib.

“Arqumentı i Faktı” xəbər verir ki, Simiç ailəsinin torpaq almaq üçün yığdıqları 20 min avronu keçi yeyib.

Pulu masanın üzərində saxlayan ev yiyəsi sonra heyvanlara yem vermək üçün tövləyə gedib. Evin qapısının açıq olduğunu görən

Belka adlı keçi evə girərək masanın üstündə duran puları yeməyə başlayıb.

Evin yiyəsi bundan xəbər tutduqda artıq gec olub, çünki keçinin “məharətindən” sonra masada yalnız 300 avro pul qalıb.

Böyük məbləğdə pulunu itirən Simiç əsəblərinə hakim ola bilməyən ev sahibi keçini şişdə qızardaraq ailə üzvləri birlikdə yeyib.

Bəlkədə bu onun həyatında yediyi ən bahalı ət olub.