Uşaqları pedofildən xilas edən şəxslə bağlı cinayət işi qaldırılıb

05:00 04-02-2020 344

Rusiyada uşaqlara qarşı əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinən adamı öldürməklə ittiham edilən şəxslə bağlı cinayət işi açılıb.

“Komsomolskaya Pravda” xəbər verir ki, hadisə yanvarın 30-u baş verib.

Həmin gün Vladimir adlı şəxsə bir yeniyetmə yaxınlaşıb və yardım istəyib.

Onun sözlərinə görə, dostu ilə birlikdə gəzərkən naməlum bir şəxs onları evinə dəvət edərək əlinə balta alıb və soyunmalarını tələb edib.

Həmin oğlan isə pedofilin evindən qaçmağı bacarıb.

Hadisə yerinə gedən Vladimir dəhlizdə ağlayan digər yeniyetmə ilə rastlaşıb.

Bu zaman Vladimir evin yiyəsi ilə dava edib.

Münaqişə zamanı pedofil yıxılıb və başını ağır zədələyib.

Hadisə yerinə gələn həkimlərin səylərinə baxmayaraq cinayətkar keçinib.

Qeyd etmək lazımdır ki, ölən pedofil 2019-ci ildə həbsxanadan çıxıb.

O, yeniyetməni zorladığı üçün 11 il məhbus həyatı yaşayıb.