Pərvizlə Türkan canlı yayımda ŞOK yaşadı: Masanın üzərinə uzanıb, sonra göyə qalxdılar - VİDEO

14:40 04-02-2020 548

Xəzər TV-də yayımlanan “Hər Şey Daxil” səhər şousunda maraqlı olaylar baş verib.

HerGun.Az xəbər verir ki, proqramda qonaq olan populyar müğənnilər Pərviz Bülbülə və Türkan Vəlizadə canlı yayımda həyəcan dolu anlar yaşayıblar.  

Verilişdə daha bir qonaq sehrbaz Anar Əliyev hər iki müğənnini ayrı-ayrılıqda sehri ilə göyə qaldırıb. Sehrinin gücünü nümayiş etdirmək üçün Anar öncə Türkanı kiçik masanın üzərinə uzandırıb. Daha sonra onun üzərini qara rəngli şalla örtüb. Əl hərəkətləri ilə Vəlizadəni masanın üzərindən göyə qaldıran sehrbaz hamını sözün əsl mənasında heyrətləndirib.

Daha sonra eyni sehri Anar Pərviz üzərində icra etmək istəsə də, o, razı olmayıb. Proqramın aparıcısı Tarix Əliyevin (Tolik) inadı ilə Bülbülə masaya dəvət edilib. Sehrbaz Pərvizi masaya uzandıraraq Türkan kimi onun üzərini şalla örtüb və havaya qaldırıb. Gördüklərindən təəccübünü gizlədə bilməyən verilişin aparıcısı hətta əlini Pərvizlə masa arasında olan məsafəyə aparıb. Beləcə, həqiqətən də hər iki məşhurun heç bir gücün köməyi olmadan havaya qalxmasını sübüta yetirib.

Sehr bitdikdən sonra isə P.Bülbülə masanın üzərindən durmaq istəməyib. 

Rəşad Əliyev