Tovuzda 18 yaşlı qızı qaçırdılar - MƏHKƏMƏ

15:40 04-02-2020 499

Adam oğurluğunda təqsirləndirilən Tural Zeynalov, Pərviz Musayev və Mehman Qasımovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

HerGun.Az xəbər verir ki, cinayət işi baxılmaq üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Hakim Dadaş İmanovun icraatına verilən iş üzrə hazırlıq iclası fevralın 13-də keçiriləcək.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Tovuzun Əhmədabad kəndində baş verib.

Əhmədabad kənd sakini, 2001-ci il təvəllüdlü M.Ş.-i evinin yaxınlığından zorla maşına mindiriblər. Onu Gədəbəy rayonunun Tərsyer kəndinə apararaq orada saxlayıblar. Qaçırmanın məqsədi qızla evlənmək olub.

Qızı qaçıran şəxslər Tovuzun Abdal kənd sakinləri - 1992-ci il təvəllüdlü Zeynalov Tural Nazim oğlu, 1996-cı il təvəllüdlü Musayev Pərviz Vüqar oğlu və 1994-cü il təvəllüdlü Qasımov Mehman Məhəmməd oğlu olub. Onlar hüquq-mühafizə orqanları tərəfindən saxlanılıblar.

Tovuz Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirib. M.Ş.-nin yeri müəyyən edilib və qız rayon polis şöbəsinə gətirilib.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 144.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam oğurluğu) maddəsi ilə ittiham verilib.