Alimlər Ledi Qaqanın şərəfinə növbəti həşəratı adlandırıblar

04:40 05-02-2020 471

Yeni kəşf edilən milçək növünü alimlər amerikalı müğənni Ledi Qaqanın şərəfinə “Kaikaia gaga” adlandırıblar.

“MİG News” xəbər verir ki, “kaikaia” miskito qəbiləsinin dilində “görmək” mənasıını daşıyır.

Bu adı həşərata İllinoys universitetinin alimi Brendan Morris verib.

Qeyd edək ki, bu Ledi Qaqanın şərəfinə adlandırılan ilk həşərat deyil.

Bundan əvvəl Braconidae növünə aid olan it arısı müğənnin şərəfinə “Aleiodes gaga” adlandırılmışdı.