Lift İdarəsinin pulunu mənimsəyən əməkdaşı məhkəmə qarşında

09:40 05-02-2020 564

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Lifttəmir” İstehsalat Birliyində (İB) müxtəlif vəzifələrdə çalışmış Hüseynov Əhməd Nəsrəddin oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb. 

HerGun.Az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmənin baxış iclası fevralın 11-nə təyin edilib. 

İttihama görə, İstehsalat Birliyində aparılan yoxlamalar zamanı həmin müəssisədə müxtəlif vəzifələrdə çalışmış Hüseynov Əhməd Nəsrəddin oğlunun külli miqdarda vəsaiti mənimsədiyini ortaya çıxıb.

Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, bundan əvvəl də “Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi olmuş Ruslan Dilanov barəsində cinayət işi məhkəməyə göndərilmişdi. Hazırda onun barəsində olan cinayət işinə məhkəmədə baxılır.