Azərbaycanda ilk dəfə: Qadın şərhçi futbol matçını apardı

21:40 08-02-2020 437

Futbol üzrə Azərbaycan Premyer Liqasının tarixində bir ilk yaşanıb.

HerGun.Az xəbər verir ki, XVI turun Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən “Qarabağ” – “Neftçi” görüşünü şərh edənlər arasında qadın şərhçi də var. “CBC Sport”un şərhçisi olan Səmra Əliyeva hazırda 0:0 hesabı ilə davam edən matçın şərhçiliyində Gündüz Abbaszadə ilə birgə tandem təşkil edir.

Bu isə Azərbaycan idman tarixində bir ilkdir. İndiyədək heç bir vaxt futbol matçlarında qadın şərhçimiz canlı yayımda çıxış etməyib.